Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin iclası keçirilib

Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin iclası keçirilib
# 22 noyabr 2012 13:28 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Milli Məclisin “Sərbəst toplaşmaq azadlığı haqqında” qanununa dəyişikliklərlə bağlı bəyanat qəbul edilib, noyabrın 17-də Bakının Fəvvarələr meydanında keçirilən aksiya iştirakçılarına qarşı zorakılıq halları pislənib, onların sərbəst buraxılması tələb edilib.

KXCP son günlər İsrail ordusunun Qəzzada törətdiyi kütləvi qırğınları da pisləyib və beynəlxalq birliyi regionda sülhün bərqərar edilməsi üçün səyləri artırmağa çağırıb. KXCP son günlər Rusiyanın Azərbaycanla bağlı yeritdiyi siyasətlə bağlı da öz mövqeyini açıqlayıb. Bununla bağlı İdarə Heyətinin verdiyi bəyanatda bildirilib ki, KXCP, bu durumda milli dövlətçiliyə sadiq bütün qüvvələrin vahid mövqedən - milli dövlətçilik mövqeyindən çıxış etməsini təklif edir, milli maraqlardan kənar çıxış edən qüvvələrlə əməkdaşlıq etməməyə çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR