Azərbaycan və Özbəkistan arasında ümumi ixrac potensialı 1,15 mlrd dolları ötür.
APA-Economics xəbər verir ki, bunu Özbəkistanın İslahatlar və Tərəqqi Mərkəzinin (CPR) CEO-su və həmtəsisçisi Mirşohid Aslanov “Azərbaycan–Özbəkistan Biznes Barometri”nin təqdimatında bildirib.
Onun sözlərinə görə, bu, hər iki ölkənin rəhbərliyi tərəfindən qarşıya qoyulan qarşılıqlı ticarət dövriyyəsinin 1 mlrd. dollara çatdırılması hədəfinin reallaşdırılması üçün zəruri baza yaradır.
Bildirilib ki, İslahatlar və Tərəqqi Mərkəzi (CPR) və CASPIA tərəfindən ITC Trade Map məlumatları əsasında aparılan araşdırmalara görə, qarşılıqlı tədarükün genişləndirilməsi üzrə real potensial 43-dən çox məhsul kateqoriyası üzrə qiymətləndirilir.
Araşdırmaya əsasən, Azərbaycanın Özbəkistana ixrac üzrə reallaşdırılmamış potensialının yuxarı həddi 22 əsas məhsul mövqeyi üzrə təxminən 650 mln. dollar təşkil edir