Bank Of Baku

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb
# 31 oktyabr 2026 12:06 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur.

Oktyabr ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 5,3 min kvadratmetr təşkil edib.

Onu da bildirək ki, hesabat dövründə Azərbaycandan xarici bazarlara 252.6 min ABŞ dolları dəyərində xalçalar və digər toxunma döşəmə örtükləri ixrac edilib. Ölkəyə idxal edilən xalça və digər toxunma döşəmə örtüklərinin dəyəri isə 14 milyon 664.8 min ABŞ dollar təşkil edib.

Onu da bildirək ki, cari ilin yanvar-avqust aylarının statistikasına görə, Azərbaycana xalçalar, əsasən, Türkiyə, İran, Çin və Özbəkistandan idxal olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR