Azərbaycanda tikinti şirkəti sədrini öldürməkdə, təsisçisini isə yaralamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Azərbaycanda tikinti şirkəti sədrini öldürməkdə, təsisçisini isə yaralamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 06 dekabr 2012 09:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamı qətlə yetirməkdə təqsirləndirilən Türkel Əsədullazadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hüquqları izah olunub. Prosesin baxış iclası isə dekabrın 14-nə təyin olunub.

Qeyd edək ki, bu il iyunun 5-də saat 15 radələrində Suraxanı rayonunda fəaliyyət göstərən «Altun» istirahət mərkəzinin sahibi Asif Əsədullazadənin oğlu Türkel həmin rayonun Yeni Günəşli qəsəbəsində yerləşən «Badi-Kubə» Mənzil-tikinti kooperativinə məxsus binanın qarşısında atasına məxsus ov tüfəngindən atəşlər açaraq MTK-nın sədri Məmmədov Samid Abış oğlunu qəsdən öldürüb, sonuncunun xalası oğlu, həmçinin MTK-nın təsisçisi Qəmbərov Ədalət Nəcəf oğlunu isə qəsdən öldürməyə cəhd edərək bədən xəsarəti yetirib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR