Azərbaycanda bir tələbənin təhsil alması üçün ayrılan vəsait artırılacaq

Azərbaycanda bir tələbənin təhsil alması üçün ayrılan vəsait artırılacaq
# 19 noyabr 2012 08:32 (UTC +04:00)

Ş.Hacıyev APA-ya açıqlamasında deyib ki, hazırda ali təhsil sistemində mövcud olan problemlərdən biri də ölkədə bir tələbənin təhsil alması üçün müəyyən olunan pulun miqdarıdır.

Onun sözlərinə görə, bir magistrin hazırlanmasına sərf olunan vəsait ona bəs etmir: “Magistratura ən xərc tutumlu tədris pilləsidir. Hazırda hər magistr təhsili alan tələbənin bir illik təhsili üçün 700 manata qədər vəsait ayrılır. Lakin bu məbləğ ən azı 1500-2000 manat olmalıdır. Bundan əlavə, dövlət bir bakalavr pilləsində bir tələbənin hazırlanması üçün ildə 2743 manat vəsait ayırır. Bu vəsait də bir qədər azdır. Məsələyə hazırda baxılır və yəqin ki, ölkədə bir tələbənin təhsil alması üçün ayrılan vəsait artırılacaq”.

Ş. Hacıyev qeyd edib ki, gələn ilin dövlət büdcəsində də elmin və təhsilin inkişafına lazımı qədər vəsait ayrılıb. Onun fikrincə, indiyədək bütün xərclər dövlət ali təhsil müəssisələrinin bütün xərcləri dövlət tərəfindən ödənilirdi, indi isə dövlət sifariş verir: “Yalnız sifariş verdiyi tələbələrin ardınca vəsait məktəbə gedir. Təbii ki, bu belə də olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR