Bank Of Baku

FAO: Azərbaycanda innovasiya fermerlərin üzləşdiyi problemlərin həllinə kömək edə bilər

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat

© APA | BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat

# 16 oktyabr 2026 11:04 (UTC +04:00)

2025-ci ildə 645 milyon insan aclıqla üzləşib. Dünya əhalisinin təxminən üçdə biri, yəni hər üç nəfərdən biri sağlam qidalanmanı maddi baxımdan təmin edə bilməyib.

“APA-Economics” xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat “Ümumdünya Qida Günü”nə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

"Bu rəqəmlər bizə xatırladır ki, problem sadəcə bilik və ya texnologiya çatışmazlığından ibarət deyil. Artıq bir çox həll yollarımız var. Daha çətin vəzifə isə bu həlləri ehtiyacı olan insanlar üçün əlçatan, münasib qiymətli və faydalı etməkdir.

Azərbaycan üçün bu, bizi daha vacib və praktiki suallar üzərində düşünməyə vadar edir. Fermerlər sudan necə daha səmərəli istifadə edə bilərlər? Dəyişkən və çətin hava şəraitinə necə uyğunlaşa bilərlər? Əkinlərini necə qoruya, itkiləri necə azalda və istehsal etdikləri məhsulları daha əlverişli bazarlarda necə sata bilərlər?”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, kənd təsərrüfatı Azərbaycanda insanların dolanışığının əsasını təşkil etməkdə davam edir: “Bununla yanaşı, ölkəmiz su ehtiyatlarının məhdudluğu, istehsal xərclərinin artması və iqlim dəyişikliyinin təsirləri kimi bir sıra problemlərlə üzləşir. İnnovasiya bu problemlərin həllinə kömək edə bilər. Daha təkmil suvarma sistemləri, hava şəraiti ilə bağlı vaxtında təqdim olunan məlumatlar, təkmilləşdirilmiş əkinçilik təcrübələri və alıcılarla rəqəmsal əlaqələr mühüm fərq yarada bilər.

Lakin innovasiya hər zaman mürəkkəb və ya bahalı texnologiya demək deyil. Suya qənaət edən, israfı azaldan və ya fermerin daha çox gəlir əldə etməsinə kömək edən sadə həll də innovasiyadır. Əsas meyar onun real şəraitdə işləyib-işləməməsidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR