Akademik Milli Dram Teatrının direktoru Monteneqro səfiri ilə görüşüb

Akademik Milli Dram Teatrının direktoru Monteneqro səfiri ilə görüşüb
# 01 aprel 2015 12:31 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Monteneqronun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Miliç və Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyevlə görüşüb.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İ. İsrafilov Azərbaycan teatrının tarixi haqqında məlumat verərək, Azərbaycan teatrının Avropada tanındığını bildirib.

Görüşdə Azərbaycan və Monteneqro arasında siyasi, iqtisadi, humanitar, enerji, turizm və s. sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi qeyd edilib, iki ölkə arasında mədəni münasibətlər, teatr əlaqələrinin mövcud durumu və gələcək perspektivlər müzakirə olunub. Həmçinin iki ölkənin teatrları arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı qastrol səfərlərinin, rejissor, aktyor, rəssam, pyes mübadiləsinin həyata keçirilməsi, birgə teatr layihələrin gerçəkləşdirilməsi ilə bağlı danışıqlar aparılıb.

Akademik Milli Dram Teatrının direktoru əməkdaşlığın genişlənməsində qarşılıqlı qastrol səfərlərinin önəmini xüsusi vurğulayıb, həmçinin Monteneqro səhnəsində Azərbaycan müəlliflərinin, Azərbaycan səhnəsində isə Monteneqro müəlliflərinin əsərlərinin tamaşaya qoyulmasını təklif edib.

B. Miliç və V. Əliyev qəbul üçün minnətdarlıqlarını bildiriblər, bütün sahələrdə, o cümlədən teatr sahəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstəriləcəyini qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR