Bank Of Baku

Estoniyanın tarixində ən irimiqyaslı hərbi təlimlər başlayır

Estoniyanın tarixində ən irimiqyaslı hərbi təlimlər başlayır
# 02 may 2018 01:50 (UTC +04:00)

Bu gün müstəqil Estoniyanın tarixində ən irimiqyaslı “Siil-2018” hərbi təlimləri başlayır.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Estoniya Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

2-14 may tarixlərində keçiriləcək təlimlərdə 15 mindən çox hərbçi, polis, xilasedici, habelə NATO-ya üzv və tərəfdar olan 15 ölkədən - Britaniya, ABŞ, Danimarka, Almaniya, Polşa, Fransa, Latviya, Litva, Belçika, Kanada, Finlandiya, İsveç, Gürcüstan, Ukrayna və İrlandiyadan  2000-dək hərbçi iştirak edəcək.   

 

Təlimlərdə Belarus, Çexiya, Danimarka, Finlandiya, Almaniya, İtaliya, Niderland, Norveç, Polşa, Rumıniya, Rusiya, İsveç, Britaniya, Ukrayna, ABŞ, NATO-nun Avropadakı Baş Qərargahından 31 müşahidəçi iştirak edəcək.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR