Bank Of Baku

Deputat: Taksi sürücüləri AYNA ilə yol hərəkəti qaydalarının tətbiqinə cavabdeh qurumlar arasında ziddiyyətlərdən şikayətlənir

Deputat: Taksi sürücüləri AYNA ilə yol hərəkəti qaydalarının tətbiqinə cavabdeh qurumlar arasında ziddiyyətlərdən şikayətlənir
# 19 iyun 2026 13:54 (UTC +04:00)

Taksi sürücüləri AYNA ilə yol hərəkəti qaydalarının tətbiqinə cavabdeh qurumlar arasında ziddiyyətlərdən şikayətlənir.

APA xəbər verir ki, belə bir təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı çıxış edib.

Deputat bildirib ki, Avropa ölkələrində və Türkiyədə taksidən istifadə zamanı "min-düş" xidməti tətbiq olunur:

“Yəni sərnişinə imkan verilir ki, 2-3 dəqiqə ərzində istədiyi dayanacaqda düşə bilsin. Bizdə isə belə bir imkan yoxdur”.

Məlahət İbrahimqızı taksi sürücülərinin cərimələrlə bağlı narazılıqlarına da toxunub:

“Taksi sürücüləri bu gün qanunvericilikdə nəzərdə tutulan cərimələrin özündən narazı deyillər. Onlar sadəcə, cərimələrin yaranmaması üçün sərnişinlərin müvafiq yerlərdə düşməsinə şərait yaradılmasını və bunun üçün 2-3 dəqiqə vaxt ayrılmasını istəyirlər.

Taksi sürücüləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə yol hərəkəti qaydalarının tətbiqinə cavabdeh olan qurumlar arasında müəyyən ziddiyyətlərin mövcudluğundan da şikayətlənirlər. Onlar xahiş edirlər ki, bu ziddiyyətlər aradan qaldırılsın.

Məsələn, AYNA taksilərdə POS-terminalın quraşdırılmasını tələb etmir, lakin nəzarətedici digər qurumlar bunu məcburi şərt kimi qəbul edirlər. Nəticədə sürücülər cərimələrlə üzləşirlər. Bu kimi halların aradan qaldırılması vacibdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR