Bank Of Baku

“Azərişıq”: Sahibkarlıq obyektinin elektrik şəbəkəsinə qoşulması üçün 1000-ə yaxın müraciət daxil olub

“Azərişıq”: Sahibkarlıq obyektinin elektrik şəbəkəsinə qoşulması üçün 1000-ə yaxın müraciət daxil olub
# 27 aprel 2018 10:27 (UTC +04:00)

Sahibkarlıq obyektinin elektrik şəbəkəsinə qoşulması üçün “ASAN xidmət” və ASAN kommunal” vasitəsi ilə “Azərişıq” ASC-yə 2018-ci ilin əvvəlindən bu günə kimi 1000-ə yaxın müraciət daxil olub ki, onların da 500-dən çoxu məhz elektron qaydada edilib.

 

APA-Economics“in məlumatına görə, bunu Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov “Elektron hökumətlə bağlı “Azərişıq” ASC-də həyata keçirilən yeniliklər, bunun sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması və digər xidmətlərdə rolu” mövzusunda keçirilən mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, sahibkarların “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri vasitəsi ilə Səhmdar Cəmiyyətə müraciət etməsinə və xüsusən bunun elektron qaydada həyata keçirilməsinə “Azərişıq” ASC xüsusi olaraq maraqlıdır: “Odur ki, 500-dən yuxarı sahibkarın elektrik şəbəkəsinə qoşulmaq üçün məhz elektron qaydanı seçməsi aparılan təbliğatın özünü doğrultmasının və eyni zamanda həyata keçirilən islahatların nəticə verməsinin göstəricisidir. Nəzərinizə çatdıraq ki, son aylarda sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün köklü şəkildə yeniliklər edilib”.

 

R. Yusifov deyib ki, artıq yerləşdiyi rayonundan asılı olmayaraq ölkədəki bütün sahibkarlar “ASAN” xidmət və “ASAN” kommunal mərkəzlərinə müraciət edərək obyektlərini elektrik şəbəkəsinə qoşdura bilirlər: “Eyni zamanda elektrik şəbəkəsinə qoşulmaq üçün vahid pəncərə sistemi üzrə prosudurlar 7-dən 3-ə salınıb, ən əsası isə şəbəkəyə qoşulma müddətin 69 gündən 24 günə endirilib. Həmçinin texniki şərtlərin verilməsi prosesində “Azərişıq” ASC-nin elektron xəritəsinin imkanlarından istifadə olunmağa başlanılıb. Hazırda “ASAN xidmət” və ya “ASAN kommunal” mərkəzlərinə müraciət daxil olan kimi əraziyə getmədən, elə yerindəcə, elektron xəritədə dərhal məkanın coğrafi mövqeləri təsbit edilir, ona ən yaxın məsafədəki, güc mənbəyi müəyyənləşdirilir, texniki məlumatlar analiz olunur. Həmçinin müraciətdə göstərilən obyektin şəbəkəyə qoşulmasının mümkünlüyü təyin edildikdən sonra trassa müəyyənləşdirilərək, məsafə elektron xəritə üzərində ölçülür və bilavasitə ərazidə iş planı layihələndirilir. Sifarişçi tərəfindən görüləcək işlərin dəyəri ödənilən kimi sənədləşmə işi tamamlanır. Bütün bunlar isə əhali abonentlərlə yanaşı sahibkarların işini asanlaşdırır, şəffaflığı təmin edir, insan amilini aradan qaldırır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR