“Gürcüstandakı türklər və türk əsərləri”nə dair kitab Türkiyədə işıq üzü görüb

“Gürcüstandakı türklər və türk əsərləri”nə dair kitab Türkiyədə işıq üzü görüb
# 03 dekabr 2012 19:58 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Türk Dünyası Mühəndislər və Memarlar Birliyi tərəfindən Ankara şəhərində nəfis tərtibatla “Türk Dünyası memarlıq və şəhərçilik abidələri” adlı kitab nəşr edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, ümumi həcmi 712 səhifədən ibarət olan kitabda islam öncəsi türk əsərləri, Orta Asiya, Qazaxıstan, Əfqanıstan, Hindistan, İran, Azərbaycan, Gürcüstan, Türkiyə, Suriya, Misir, Krım, Şimali Kipr və Balkanların türk tarixi memarlıq abidələrinin fotoşəkilləri və onlar barədə bilgilər yer alıb

.

Kitabın “Gürcüstandakı türklər və türk əsərləri” bölümünü hazırlayan, eyni zamanda “İslam öncəsi türk əsərləri” bölümünün müəllifi olan əski türk yazılı abidələri üzrə görkəmli mütəxəssis, “Valeh Hacılar Elmi-Mədəni Araşdırmalar Vəqfi”nin başqanı Prof. Dr. Cengiz Alyılmazdır. 64 səhifəni əhatə edən bu bölümdə Gürcüstan türklərinin tarixi və Tiflis şəhərində, Borçalı və Ahıska-Axalkələk mahallarında yerləşən qədim daş abidələr – qalalar, körpülər, dini ibadət ocaqları, hamamlar, çeşmələr, türbələr, məzar daşları və qoç heykəlləri barədə məlumat və fotolar verilib.

Xatırladaq ki, Prof. Dr. Cengiz Alyılmazın rəhbərliyi ilə 2003, 2009 və 2012-ci illərdə mütəxəssislərdən ibarət elmi heyətin Gürcüstana qədim türk tarixi abidələrinin tədqiqi məqsədilə elmi ekspedisiyaları təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR