“AzərTAC” və Yaponiyanın JIJI PRESS informasiya agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb - VİDEO

“AzərTAC” və Yaponiyanın JIJI PRESS informasiya agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb - <span style="color: red;">VİDEO
# 15 aprel 2015 09:08 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Azərbaycan Dövlət İnformasiya agentliyi (“AzərTAC”) və Yaponiyanın JIJI PRESS informasiya agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

APA-nın xəbərinə görə, “AzərTAC”-ın baş direktoru Aslan Aslanov və JIJI PRESS agentliyinin icraçı direktoru Sadafumi Tani tərəfindən imzalanan sazişə əsasən tərəflər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili nəzərdə tutulub.

Eyni zamanda, imzalanmış saziş nəticəsində agentliklərin saytlarında Azərbaycan və Yaponiyada baş verən hadisələr barədə informasiyalar yerləşdiriləcək.

“AzərTAC”-ın baş direktoru A. Aslanov bildirib ki, saziş Azərbaycan həqiqətlərinin Yaponiyanın JIJI PRESS agentliyi vasitəsilə təbliği baxımından xüsusi əhəmiyyətə malikdir: “Biz bu sazişi yüksək qiymətləndiririk. Tam əminliklə deyə bilərəm ki, bu saziş Azərbaycan və Yaponiya xalqları arasındakı əlaqələrin daha da möhkəmləndirilməsində çox böyük əhəmiyyətə malik olacaq. Azərbaycanla Yaponiya arasında bütün sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir.

“AzərTAC”-ın Yaponiya kütləvi informasiya vasitələri arasında yaxşı əlaqələri var”.

JIJI PRESS-in icraçı direktoru Sadafumi Tani çıxışında Azərbaycanın son illərdə əldə etdiyi uğurlar haqda danışıb: “Müqaviləni imzalamaq üçün sizinlə birlikdə olmaq bir şərəfdir. Azərbaycan son illər regionda uğurla inkişaf edən ölkədir. Bildiyimə görə, 2013-cü ildə Azərbaycanda inflyasiya 2, 3 faiz olub. Azərbaycanda qiymətlər çox stabildir. Bu çox nadir haldır. Mən sizə söz verirəm ki, JIJI PRESS Azərbaycanın bütün informasiyalarını yayacaq. Ümid edirəm ki, “AzərTAC” da öz növbəsində bizim informasiyaları yayımlayacaq. Biz bu əməkdaşlıqla ölkələrimiz arasındakı əlaqələrə öz töhfəmizi verəcəyik. Bu il “AzərTAC” 95 illiyini qeyd edir. JIJI PRESS 1945-ci ildə, İkinci Dünya Müharibəsindən sonra yaradılıb. Bu isə deməkdir ki, bu il həm də bizim agentliyin 70 illiyidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR