«Paşa Bank» ARDNŞ-in istiqrazlarını almağı planlaşdırır

«Paşa Bank» ARDNŞ-in istiqrazlarını almağı planlaşdırır
# 19 dekabr 2012 13:21 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) daxili bazar üçün buraxmağa hazırlaşdığı korporativ istiqraz emissiyası investisiya aləti kimi «Paşa Bank» ASC üçün maraqlıdır. «APA-Economics»in məlumatına görə, bunu bankın İdarə Heyətinin sədri Fərid Axundov bildirib: «Bu maraqlı bir alətdir və biz tək olmasa da, başqa banklarla birlikdə bu istiqrazların yerləşdirilməsində iştirak edə bilərik».

F.Axundovun sözlərinə görə, artıq bankın bu sahədə kifayət qədər təcrübəsi var: «Bir qədər əvvəl biz «Unibank»ın istiqrazlarını, daha sonra «Bank of Baku»nun istiqrazlarının yerləşdirilməsində iştirak etmişik».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR