Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan prezidentini təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan prezidentini təbrik edib
# 15 dekabr 2012 13:48 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevi Qazaxıstanın milli bayramı - Müstəqillik günü münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, təbrik məktubunda bildirilir: “Müstəqil Qazaxıstanın Sizin rəhbərliyiniz altında sosial-iqtisadi və siyasi islahatlar yolu ilə inamla irəliləyərək çiçəklənən bir ölkəyə çevrilməsi və beynəlxalq aləmdə böyük nüfuz qazanması bizi sevindirir. Məmnunam ki, bu gün Azərbaycan-Qazaxıstan münasibətləri hərtərəfli və dinamik inkişaf yolundadır. Qarşılıqlı anlaşma və etimada əsaslanan dövlətlərarası münasibətlərimiz bütün sahələrdə səmərəli əməkdaşlığımız üçün geniş imkanlar açmışdır. Əminəm ki, əməkdaşlığımızın mövcud potensialından tam bəhrələnmək üçün bundan sonra da səylərimizi davam etdirəcəyik. Belə bir gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına sülh və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR