«AXA-Mbask» şirkəti «İlin sığorta şirkəti» mükafatına layiq görülüb

«AXA-Mbask» şirkəti «İlin sığorta şirkəti» mükafatına layiq görülüb
# 06 dekabr 2012 13:12 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «AXA-Mbask» sığorta şirkəti «İlin sığorta şirkəti» nominasiyasında iqtisadiyyat və biznes sahəsində «Uğur» milli mükafatı ilə təltif olunub. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, təqdimat mərasimində şirkətin İdarə Heyətinin sədr müavini Selcuk Adıgüzel şirkətin son iki ildə əldə etdiyi nailiyyətlərdən danışaraq, sığorta bazarının inkişafına və əhaliyə yüksək keyfiyyətli sığorta xidmətlərinin göstərilməsinə yönəlmiş fəaliyyəti xüsusi vurğulayıb.

«Qlobal Sığorta Qrupunun üzvü olan «AXA-Mbask» sığorta şirkəti 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə «AXA» beynəlxalq standartlarını tətbiq etməyə başlayıb. Belə ki, satışın sığorta agentləri vasitəsilə inkişafı planı həyata keçirilərək, qısa müddət ərzində bütün Azərbaycan ərazisində 80-ə yaxın fiziki və hüquqi şəxslərlə, həmçinin maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş sığorta polislərinin satış məntəqəsi açılıb», - deyə şirkətdən bildirilib.

Qeyd etmək lazımdır ki, bu, şirkətin bazara çıxdığı gündən etibarən aldığı üçüncü mükafatdır. Belə ki, ötən il «AXA-Mbask» Xəzər-Avropa İnteqrasiya Biznes Klubundan (CEIBC) «İlin sığorta şirkəti» olaraq beynəlxalq «Caspian Energy Integration Award-2011» mükafatını alıb. Həmçinin, «Azərbaycan bazarında beynəlxalq sığorta təcrübəsinin tətbiqinə töhfə» nominasiyasında «Uğur» milli mükafatına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR