Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi: “Qonşularla sıfır problem siyasətini davam etdirəcəyik”

 Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi: “Qonşularla sıfır problem siyasətini davam etdirəcəyik”
# 06 dekabr 2012 15:07 (UTC +04:00)

İstanbul. Mais Əlizadə - APA. “Türkiyə qonşularla sıfır problem siyasətini davam etdirəcək”. APA-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, bunu Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Muammər Türkər İstanbulda keçirilən beynəlxalq Xəzər Forumunda çıxışında deyib.

M. Türker qonşularla münasibətlər siyasətini hər iki tərəfin qazanc əldə etməsi üzərində quracaqlarını vurğulayıb.

Suriyadan Türkiyəyə indiyədək təxminən 100 minədək qaçqın keçdiyini xatırladan M. Türkər bunun nəticəsində təkcə Türkiyənin 400 milyon dollar pul xərclədiyini, Suriya ilə sərhədin bağlanması nəticəsində isə ölkə iqtisadiyyatının çox böyük zərərə məruz qaldığını bildirib.

Başda BMT olmaqla beynəlxalq təşkilatların fəaliyyətini tənqid edən baş katib “əlbəttə, bu cür təsirsiz fəaliyyətin sorğu-suala çəkilməsi təbidir”, deyə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR