Azərbaycanın informasiya və rabitə sektorunda əhaliyə göstərilən xidmətlərin həcmi 17% artıb

Azərbaycanın informasiya və rabitə sektorunda əhaliyə göstərilən xidmətlərin həcmi 17% artıb
# 24 noyabr 2012 15:46 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın informasiya və rabitə sektorunda təsərrüfat subyektlərinə və əhaliyə 1,2 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 17,2% çox xidmət göstərilib.


Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,2% təşkil edib.


«Xidmətlərdən əldə olunmuş gəlirlərin 59,2%-i mobil telefon rabitəsindən yaranıb və 2011-ci ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 14% artaraq 688,9 mln. manat təşkil edib», - deyə Komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR