Bakıda silah-sursat tapılıb

Bakıda silah-sursat tapılıb
# 04 dekabr 2012 12:31 (UTC +04:00)

Bakı Fuad Cəfərov-APA. Bakıda silah-sursat tapılıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “qaynar xətt”inə daxil olmuş məlumata əsasən, Nərimanov rayonunda döyüş sursatı aşkarlanıb. Dərhal FHN-in müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirib. Müəyyən olunub ki, bu, avtomat silahına aid 1 ədəd daraq (21 ədəd 7x62mm gülləsi) və istifadəyə yararlı olan tank əleyhinə 1 ədəd RKQ-3 markalı əl qumbarasıdır. Aşkar edilmiş hərbi sursatlar müvafiq qaydada mütəxəssislər tərəfindən zərərsizləşdirilərək aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR