Təhsil Nazirliyi: Doktoranturaya qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq

Təhsil Nazirliyi: Doktoranturaya qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq
# 25 dekabr 2012 13:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi sisteminə daxil olan ali məktəblər və onların nəzdində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin doktoranturalarına qəbul imtahanlarının nəticələri ilin sonunadək açıqlanacaq.

Bu barədə APA-ya məlumat verən Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin Hüseynova bildirib ki, artıq bütün ali təhsil müəssisələri tərəfindən doktoranturaya qəbulla bağlı məlumatlar nazirliyə göndərilib.

Onun sözlərinə görə, hazırda məlumatların emalı prosesi gedir: “Bu proses başa çatandan sonra doktoranturaya qəbulla bağlı ayrılan 500 yerə neçə nəfərin qəbul olduğunu bilmək mümkün olacaq. Lakin bu qəbul cari il üçün nəzərdə tutulduğundan, bütün proses ilin sonunadək yekunlaşacaq və nəticələr açıqlanacaq”.

Qeyd edək ki, TN sisteminə daxil olan ali məktəblər və onların nəzdində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin doktoranturalarına qəbul imtahanları oktyabrın 22-dən noyabrın 22-dək aparılıb. Bu il sistemə daxil olan ali məktəblər və onların nəzdində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul məqsədilə büdcə hesabına 325, ödənişli əsaslarla 77 yer ayırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR