Azərbaycan XİN başçısı “Zalsburq trilogiyası” konfransında çıxış edib

Azərbaycan XİN başçısı “Zalsburq trilogiyası” konfransında çıxış edib
# 17 avqust 2012 17:49 (UTC +04:00)
Bakı-APA. Avstriyanın Zalsburq şəhərində səfərdə olan nazir Elmar Məmmədyarov “Zalsburq trilogiyası” konfransında çıxış edib. Öz çıxışında E. Məmmədyarov davamlı inkişafın təminatı kimi sabit iqtisadiyyatı, davamlı inkişaf üçün təhlükəsizliyi, inkişafın əsas bünövrəsi kimi isə təhsili göstərib.
Həmçinin nazir Zalsburq torpağının qubernatoru xanım Qabi Burqstaller ilə görüş keçirib. Görüşdə E. Məmmədyarov Azərbaycanın regionları ilə Zalsburq torpağı arasında əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparıb. Avstriyanın musiqi mərkəzi hesab edilən Zalsburq ilə mədəniyyət sahəsində əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirən nazir incəsənət xadimlərinin mübadiləsinin, birgə mədəni tədbirlərin həyata keçirilməsi imkanlarının nəzərdən keçirilməsini təklif edib. E. Məmmədyarov xanım qubernatoru Azərbaycana səfərə dəvət edib. Q. Burqstaller dəvəti məmnuniyyətlə qəbul edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR