“Taksim” meydanında keçirilən aksiya zamanı Fransa konsulluğunun binasına yumurta və ayaqqabı atılıb

“Taksim” meydanında keçirilən aksiya zamanı Fransa konsulluğunun binasına yumurta və ayaqqabı atılıb
# 26 fevral 2012 15:15 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. İstanbulun “Taksim” meydanında Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı keçirilən aksiyada iştirakçıların bir qrupu Fransa konsulluğunun qarşısına qara çələng qoyub. APA-nın “Cihan”a istinadən verdiyi məlumata görə, aksiya iştirakçılarından bəziləri konsulluğun binasına ayaqqabı və yumurta atıblar.
Bundan başqa, meydanın yaxınlığında yerləşən restoranda ABŞ bayrağı endirilərək Türkiyə və Azərbaycanın bayraqları asılıb.
Aksiyaya Türkiyənin məşhur Osmanlı Hərbi Marş Orkestri - “Mehtər Takımı” da qatılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR