Abel Məhərrəmov: “Təhsil Nazirliyinin səlahiyyətlərinin TQDK-ya verilməsi barədə fərmanı bəyənir və alqışlayırıq”

Abel Məhərrəmov: “Təhsil Nazirliyinin səlahiyyətlərinin TQDK-ya verilməsi barədə fərmanı bəyənir və alqışlayırıq”
# 20 aprel 2012 11:18 (UTC +04:00)
Şagirdlərin orta məktəbdə buraxılış imtahana hazırlaşmaları və ali məktəbə qəbul olmaları vacib müstəviyə gətirildi. Çünki şagirdlərin gənclik dövründə, yuxarı kurslarda ikili standart, metodla həm buraxılış, həm də qəbul imtahanına hazırlaşması çox zehni yük olurdu, stress yaradırdı. Ona görə də sənədi bəyənir və alqışlayırıq”. APA-nın məlumatına görə, bu sözləri Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Abel Məhərrəmov Təhsil Nazirliyinin bir sıra səlahiyyətlərinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına verilməsi barədə ölkə prezidentinin fərmanına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, prezidentin sərəncamı ilə orta məktəblərdə buraxılış imtahanlarının keçirilməsinin TQDK-nın səlahiyyətinə verilməsi bu prosesin vahid bir müstəviyə gəlməsi məsələsidir. A.Məhərrəmov deyib ki, bununla da ali və orta məktəb işçilərinin düşündükləri vahid müstəvidə ortaya qoyulub: “Orta məktəb şagirdlərdən bir proqramla yekun biliyi tələb edirdi, qəbul imtahanı isə şagirdlərin hazırlıq metodikasını tələb edirdi. Arzu edirik ki, bu vahid metodologiyanın özünün metodikası da zəngin, dərin və milli mənafelərə xidmət etsin. Yəni, şagird orta məktəbi bitirən vaxt, ali məktəbə qəbul olunan zaman onun idrakı, təfəkkürü, düşüncəsi, bütövlükdə, yüksək intellektual səviyyəsinin formalaşması istiqamətində vahid metodologiya hazırlanmalıdır. Bu çox vacibdir. Daha sadə dildə desək, şagirdlər əzbərçiliyə meyllənməməlidir. İnsanın gələcək intellektual səviyyəsi bu il orta məktəbi bitirən bütün fənlərin mənimsənilməsi səviyyəsindən çox asılıdır. Ancaq əzbərçilik üsulundan mütləq uzaqlaşmalıyıq. Ali məktəblərdə gənclərin ancaq idrak, təfəkkür düşüncəsi ilə bağlı metodologiya hazırlanıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR