Siyavuş Novruzov: “Etibar Məmmədov nümunə göstərdi, İsa Qəmbər isə cürbəcür oyunlarla Müsavat başqanlığından ikiəlli yapışıb”

Siyavuş Novruzov: “Etibar Məmmədov nümunə göstərdi, İsa Qəmbər isə cürbəcür oyunlarla Müsavat başqanlığından ikiəlli yapışıb”
# 06 fevral 2012 10:02 (UTC +04:00)
Partiya rəhbərliyindən getməyin yolu var: qurultay keçirilir, istefa verirsən, yerinə yeni şəxs seçilir. Əslində o, başqanlıq müzakirələri açmaqla partiya rəhbərliyində qalmaq müddətini uzatmaq istəyir. Gah deyirlər Arif Hacılı həbsxanadan çıxsın, qurultayı sonra keçirək. Gah deyirlər Arif Hacılı həbsxanada qala-qala da başqan seçilə bilər”. APA-nın xəbərinə görə, bu fikirləri jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. O bildirib ki, İsa Qəmbər cürbəcür oyunlarla Müsavat başqanlığından ikiəlli yapışıb və əl çəkmir: “Etibar Məmmədov nümunə göstərdi. O, AMİP sədrliyindən getdi, bununla da məsələ bitdi. Ancaq üç ildir ki, İsa Qəmbərin Müsavat başqanlığından getməsi məsələsi qəzet mövzusudur. Ya, bu partiyada başqan seçilməyə dəyərli adam yoxdur, ya da indiki partiya sədri bu vəzifədən əl çəkmək istəmir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR