İranda ikinci tur parlament seçkilərinin nə vaxt keçiriləcəyi açıqlanıb

İranda ikinci tur parlament seçkilərinin nə vaxt keçiriləcəyi açıqlanıb
# 06 mart 2012 08:37 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda martın 2-də baş tutmuş IX çağırış parlament seçkilərinin ikinci turunun nə vaxt keçiriləcəyi açıqlanıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar bildirib ki, parlament seçkilərinin ikinci turu 20 aprel - 20 may 2012-ci il tarixləri arasında təşkil ediləcək: “Artıq 290 yerlik parlamentə 225 nəfər seçilib. Yalnız 65 nəfərin seçilməsi üçün ikinci tur keçiriləcək. Bu yerlər uğrunda da 130 nəfər mübarizə aparacaq”.

Onun sözlərinə görə, İran parlamentində Tehran vilayəti 30 millət vəkili ilə təmsil olunur: “Birinci turda 5 nəfər millət vəkili adı qazanıb. Ancaq qalan 25 kürsü ikinci turda məlum olacaq. Bu turda da 25 yer uğrunda 50 namizəd mübarizə aparacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR