Partiyaların icra hakimiyyətinə qarşı iddiası təmin olunmayıb

Partiyaların icra hakimiyyətinə qarşı iddiası təmin olunmayıb
# 06 sentyabr 2012 13:51 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Sumqayıt şəhər Yerli İnzibati – İqtisad Məhkəməsində bir sıra siyasi partiyanın Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddiaları əsasında məhkəmə prosesi başa çatıb. Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin hüquqşünası Ruslan Mustafazadənin APA-ya verdiyi məlumata görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, partiyaların iddiası təmin olunmayıb.

Qeyd edək kİ, Müsavat , Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və bir ısra digər partiyalar 11 may tarixində Sumqayıt şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında aksiya keçirilməsinə icazə verilməsi üçün müraciət ediblər. İcra Hakimiyyəti müraciətə cavab olaraq bildirib ki, binada və onun ətrafında təmir işləri aparıldığı üçün aksiya keçirmək məqsədəuyğun deyil.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR