“KamAz”la toqquşan “Mercedes”in sürücüsü ölüb

“KamAz”la toqquşan “Mercedes”in sürücüsü ölüb
# 05 iyun 2012 09:08 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda ölümlə nəticələnən daha bir ağır yol qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Qaradağ rayonunda, Bakı-Qazax yolunun 65-ci kilometrliyində “Mercedes” markalı minik avtomobili “KamAz” markalı yük maşını ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, 1984-cü il təvəllüdlü Vüqar Vaqif oğlu Əsgərov dünyasını dəyişib. Hadisə yerinə cəlb olunan xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə V. Əsgərovun cəsədini avtomobildən çıxarıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR