Yardımlıda yol qəzasında bir nəfər ölüb, bir nəfər yaralanıb

Yardımlıda yol qəzasında bir nəfər ölüb, bir nəfər yaralanıb
# 08 oktyabr 2012 09:30 (UTC +04:00)
Yardımlı. Ağəddin Babayev – APA. Azərbaycanın Yardımlı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Yardımlı Rayon Polis Şöbəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə oktyabrın 7-də saat 13.00 radələrində rayonun Sırıq kəndi ərazisində qeydə alınıb. Cəlilabad rayon sakini Kamil Rzayevin idarə etdiyi “KamAZ” markalı yük maşını qəfildən idarəetməni itirərək aşıb. Nəticədə sürücü və maşındakı sərnişin, Yardımlı rayon sakini Yaşar Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq sürücü K.Rzayev bir neçə saat sonra orada dünyasını dəyişib. Digər yaralının vəziyyəti isə orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR