İran Hərbi Dəniz Donanmasının komandanı: “Nyu-Yorka 3 mil məsafəyə qədər yaxınlaşa bilərik”

İran Hərbi Dəniz Donanmasının komandanı: “Nyu-Yorka 3 mil məsafəyə qədər yaxınlaşa bilərik”
# 26 aprel 2012 14:13 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Lazım gələrsə, Nyu-Yorka 3 mil məsafəyə qədər yaxınlaşarıq”. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İran Hərbi Dəniz Donanmasının komandanı, admiral Əli Fədəvi deyib. O bildirib ki, İran Hərbi Dəniz Qüvvələri dünya okeanına çıxacaq qədər gücə yiyələnib: “Ehtiyac olarsa, Nyu-Yorka da yaxınlaşa bilərik. ABŞ-ın dünyada tanrılıq etməyə imkanları qalmayıb. Onlar İran islam inqilabını öz yollarında əsas maneə kimi görürlər. İmperialistlər dünya ilə yalnız güc dili ilə danışırlar və başqa bir dil başa düşmürlər. Dünya enerji təhlükəsizliyini təmin edəcək yeganə dövlət İrandır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR