Azərbaycanın hakim partiyası Pakistan Senatının Xocalı soyqırımını tanımasına görə bu ölkənin səfirinə təşəkkür edib - FOTO

Azərbaycanın hakim partiyası Pakistan Senatının Xocalı soyqırımını tanımasına görə bu ölkənin səfirinə təşəkkür edib - <font color=red>FOTO</font>
# 27 fevral 2012 12:02 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İnayatullah Kakarla görüşüb. YAP-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Pakistanla Azərbaycan arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin, iki ölkə eləcə də, YAP-la Pakistan Xalq Partiyası arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyi qeyd edilib.

Ə. Əhmədov səfirə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycan tərəfinin həyata keçirdiyi siyasət barədə məlumat verib, Pakistan Senatının erməni vandalları tərəfindən törədilən Xocalı soyqırımını tanıdığı üçün minnətdarlıq edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR