Proqnoz: Azərbaycanda bu il iqtisadi artım 3%-i keçəcək

Proqnoz: Azərbaycanda bu il iqtisadi artım 3%-i keçəcək
# 13 iyun 2012 07:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda iqtisadi artım tempi 2012-ci il üçün 3,1% səviyyəsində proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bu barədə Dünya Bankının yeni iqtisadi icmalında bildirilir.

Eyni zamanda, 2013-cü ildə Azərbaycanda iqtisadi artımın 3,5%, 2014-cü ildə isə 4,5% səviyyəsində olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda iqtisadi artım tempi cəmi 0,3%-ə bərabər olub. Beləliklə, iqtisadi artımın proqnozlaşdırılan səviyyəyə çatması üçün ölkədə ya neft sektorunda son aylarda müşahidə olunan geriləmə müsbət dinamikaya dəyişməli, ya da qeyri-neft sektorunda artım tempi kəskin artmalıdır.

Xatırladaq ki, yanvar-aprel ayları ərzində neft-qaz sektorunda 6,4%-lik azalma, qeyri-neft sektorunda isə 9,5%-lik artım müşahidə olunub. Eyni zamanda, qeyri-neft sektorunun ÜDM-də payı 42,5%-ə bərabərdir və bu göstərici artacağı halda hazırda müşahidə olunan artım tempinin proqnozlaşdırılan səviyyəyə çatmasına imkan yarana bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR