AMEA Əlyazmalar İnstitutu Qacar şahzadələrinin əsərlərinin surətlərini əldə edib
13 fevral 2012 10:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu, Qacar şahzadəsi Fərhad Mirzənin (1818-1877) “Səfərnamə” əsərini əldə edib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əsərdə Fərhad Mirzə həcc səfərinə gedərkən keçdiyi Şimali Azərbaycan şəhərləri (Bakı, Şamaxı, Göyçay, Gəncə, Tiflis), görkəmli ədiblərimizlə (Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi) söhbətləri barədə maraqlı məlumatlar öz əksini tapıb.
M.F.Axundzadəni fəzilətli bir şəxsiyyət kimi dəyərləndirən Fərhad Mirzə əsərində onun yeni əlifba layihəsindən nümunələr də verib. Əlyazmalar İnstitutu bu il M.F.Axundzadənin 200 illik yubileyi ilə əlaqədar bu əsəri fars dilindən tərcümə edərək çap etdirməyi nəzərdə tutub.
Bundan başqa, institut Tehranın Parlament Kitabxanasından Qacar şahzadəsi Nadir Mirzə Qacarın kulinariyaya dair “Nəvadir əl-əmsal” əsərinin əlyazmasının surətini də əldə edib. Əsərdə Azərbaycanın bir sıra unudulmuş qədim xörəklərinin resepti verilib. İnstitut Respublika Kulinariya Mərkəzi ilə birlikdə bu əsəri də tərcümə etdirərək çap etdirməyi planlaşdırıb.

Sosial
Gəncədə yaşayan pravoslavlar Pasxa bayramını qeyd ediblər - FOTO
10:53
5 may 2024
Bakıda 20 dərəcə isti var, yağış yağacaq – FAKTİKİ HAVA
09:25
5 may 2024
TƏBİB Gəncə Şəhər Birləşmiş Xəstəxanasında külli miqdarda korrupsiya faktının aşkarlanmasına münasibət bildirib
17:14
4 may 2024
DYP "Bakı Marafonu-2024" ilə əlaqədar sürücülərə müraciət edib
15:07
4 may 2024