BTC kəməri ilə Türkmənistan neftinin tranziti 50% artıb

BTC kəməri ilə Türkmənistan neftinin tranziti 50% artıb
# 21 sentyabr 2012 14:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 29,8 mln. ton və ya ötən ilin analoji ayı ilə müqayisədə 6,3% az neft nəql edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 76,4%-ni ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 22,7 mln. ton neft ötürülüb ki, 2011-ci ilin yanvar-avqust ayları ilə müqayisədə bu göstərici 6,6% azalıb. Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 2,1 mln. ton tranzit Türkmənistan nefti nəql edilib. Bu isə ötən ilin ilk 8 ayı ilə müqayisədə 50% çoxdur.

Bununla yanaşı, magistral qaz kəmərləri ilə hesabat dövründə 12,7 mlrd. kubmetr qaz nəql edilib ki, ötən ilin yanvar-avqust ayları ilə müqayisədə bu göstərici 2,4% artıb. Nəql edilmiş qazın ¼ hissəsi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmər vasitəsilə cari ilin ötən aylarında 2,6 mlrd. kubmetr qaz nəql edilib, bu göstərici 2011-ci ilin yanvar-avqust aylarına nisbətən 13,3% azalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR