AİBA London Olimpiadası ilə bağlı üç qərar qəbul edib

AİBA London Olimpiadası ilə bağlı üç qərar qəbul edib
# 03 avqust 2012 10:24 (UTC +04:00)
Bakı-APA. Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) hazırda Londonda keçirilən XXX Yay Olimpiya Oyunları ilə bağlı bir sıra qərarlar verib.

Apasport.az saytının AİBA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, AİBA olimpiadada boks yarışlarına hakimlik edən türkmənistanlı İşanqulu Meretniyazovun yarışlardan kənarlaşdırılması haqqında qərar qəbul edib. Almaniyalı hakim Frank Şarmax da hakimlik hüququndan müvəqqəti olaraq məhrum edilib. O avqustun 6-dək Olimpiya Oyunlarında hakimlik edə bilməyəcək.

AİBA-nın digər qərarı isə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) texniki əməkdaşı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyevlə bağlı olub. Qərara əsasən A. Abıyev AİBA-nın Davranış Qaydalarını pozduğuna görə, AİBA nümayəndələrinin qaldığı oteldən uzaqlaşdırılıb.

AİBA prezidenti Çinq-Kuo Vu belə qərarların qəbulundan təəssüfləndiyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR