Bakı Fond Birjasının dövriyyəsi son bir ildə 2 dəfədən çox artıb

Bakı Fond Birjasının dövriyyəsi son bir ildə 2 dəfədən çox artıb
# 01 mart 2012 13:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 1,919 mlrd. manat təşkil edib. Bu da 2011-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2,2 dəfə çoxdur.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, hesabat dövründə korporativ qiymətli kağızlar (KQK) bazarı 49% azalıb. Korporativ istiqrazların ilkin bazarı 38,7%, təkrar bazarı isə 2,4 dəfə azalıb. Ümumiyyətlə, korporativ istiqrazlar bazarı yanvar-fevralda 2,2 dəfə azalıb.

Səhm bazarına gəldikdə isə, hesabat aylarında bu növ kağızlar üzrə qeydə alınan əqdlərin həcmi 5,556 mln. manat təşkil edib və 2011-ci ilin yanvar-fevral aylarına nisbətən 31,7% artıb. Səhmlərin ilkin bazarı 2,6 dəfə artıb, təkrar bazarı isə 8,7 dəfə azalıb.

Korporativ qiymətli kağızlar üzrə
BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli
(yanvar-fevral, 2012)


Bazarın seqmentləri

Yanvar-fevral (2012-ci il)

Yanvar-fevral (2011-ci il)

Nisbət, %

Əqdlərin
həcmi, AZN

Əqdlərin
sayı

Əqdlərin həcmi, AZN

Əqdlərin
sayı

Korporativ istiqrazlar (yerləşdirmə)

9 970 335,00

9

16 264 001,00

18

-38,7

Korporativ istiqrazlar (təkrar bazar)

24 215 857,71

12

57 500 501,24

28

-2,4 dəfə

Kİ bazarı cəmi

34 186 192,71

21

73 764 502,24

46

-2,2 dəfə

Səhmlər (yerləşdirmə)

5 303 000,00

9

2 015 196,00

10

2,6 dəfə

Səhmlər (təkrar bazar)

252 942,93

304

2 201 902,12

404

-8,7 dəfə

Səhm bazarı cəmi

5 555 942,93

313

4 217 098,12

414

31,7

KQK bazarı cəmi

39 742 135,64

334

77 981 600,36

460

-49



Bundan başqa, cari ilin yanvar-fevral aylarında dövlət qiymətli kağızlar (DQK) bazarında canlanma müşahidə olunub. Belə ki, Azərbaycan Mərkəzi Bankının notlarının həcmi cari ilin ilk iki ayı ərzində 2011-ci ilin analoji dövrünə nisbətən 69,7% artıb. Notların ilkin bazarı 68%, təkrar bazarı isə 10 dəfə artıb. Eyni zamanda, hesabat dövründə repo əməliyyatları da 2,6 dəfə artaraq 1,677 mlrd. manata çatıb. Yanvar-fevral aylarında dövlət istiqrazları (Dİ) bazarında əqdlər bağlanılmayıb. Ümumiyyətlə, DQK bazarı hesabat dövründə 2,3 dəfə artaraq 1 879 148 902,93 manata bərabər olub.

Dövlət qiymətli kağızları üzrə
BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli
(yanvar-fevral, 2012)


Bazarın seqmentləri

Yanvar-fevral (2012-ci il)

Yanvar-fevral (2011-ci il)

Nisbət, %

Əqdlərin
həcmi, AZN

Əqdlərin
sayı

Əqdlərin
həcmi, AZN

Əqdlərin
sayı

Dİ (AMN) (yerləşdirmə)

0,00

0

40 874 408,56

22

-

Dİ (AMN)
(təkrar bazar)

0,00

0

6 565 108,68

7

-

Dİ bazarı cəmi

0,00

0

47 439 517,24

29

-

Notlar (AMB) (yerləşdirmə)

199 672 098,71

53

118 854 555,17

46

68

Notlar (AMB)
(təkrar bazar)

2 495 727,50

1

250 095,92

1

10 dəfə

Not bazarı cəmi

202 167 826,21

54

119 104 651,09

47

69,7

Repo əməliyyatları

1 676 981 076,72

243

633 075 150,96

124

2,6 dəfə

DQK bazarı cəmi

1 879 148 902,93

297

799 619 319,29

200

2,3 dəfə


İxtisarlar:
Dİ – dövlət istiqrazları;
AMN – Azərbaycan Maliyyə Nazirliyi;
AMB – Azərbaycan Mərkəzi Bankı;
DQK – dövlət qiymətli kağızları;
KQK – korporativ qiymətli kağızlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR