«YapıKredi Bank Azerbaijan» I rübdə aktivlərini 33% artırıb

«YapıKredi Bank Azerbaijan» I rübdə aktivlərini 33% artırıb
# 14 may 2012 14:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «YapıKredi Bank Azerbaijan» QSC-nin aktivlərinin həcmi 2012-ci il aprelin 1-nə 220,763 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 33% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 49% artaraq 118,669 mln. manata, depozit portfeli 96% genişlənərək 97,057 mln. manata, məcmu kapitalı 15% artaraq 58,324 mln. manata, o cümlədən nizamnamə kapitalı 21% artaraq 38,110 mln. manata çatıb.

Qeyd olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı iki dəfə artaraq 41 495-ə, o cümlədən fiziki şəxslərin sayı 2,2 dəfə artaraq 39 493-ə, hüquqi şəxslərin sayı isə 6,2% artaraq 2 002-yə çatıb.

Bununla yanaşı, bankın aktiv plastik kartlarının sayı 23% artaraq 6 931, o cümlədən debet kartlarının sayı 40% artaraq 4 899, kredit kartlarının sayı isə 4,9% azalaraq 2 032 olub. Eyni zamanda, bankda çalışan işçilərin sayı 25% artaraq 211 nəfər, işçilər üçün orta aylıq əmək haqqı isə 1,2% artaraq 2 510 manat təşkil edib.

Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (99,8%), «YapıKredi Finansal Kiralama (0,1%) və «YapıKredi Yatırım Menkul Degerler A.Ş» (0,1%) olan «YapıKredi Bank Azerbaijan» 2000-ci ildən fəaliyyət göstərir. Hazırda bankın 10 filialı, 21 bankomatı və 151 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR