Azərbaycanın Almaniyadakı səfirliyində referendumla bağlı səsvermə keçirilir

Azərbaycanın Almaniyadakı səfirliyində referendumla bağlı səsvermə keçirilir
# 26 sentyabr 2016 09:45 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Almaniyadakı səfirliyində referendumla bağlı səsvermə başlanıb.

Səfirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı Azərbaycan Respublikasında keçirilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar səfirlikdə yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 32 saylı referendum məntəqəsi bu gün yerli vaxtla 08:00-da səsverməyə açılıb.

Məntəqədə Almaniyada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının həyata keçirilməsi üçün tələb olunan bütün zəruri hazırlıq işləri görülüb, səsvermənin azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb.

Səsvermə yerli vaxtla saat 19:00-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR