Bakı və Göygöldəki daş karxanalarında iki usta ölüb

Bakı və Göygöldəki daş karxanalarında iki usta ölüb
# 06 iyul 2016 10:03 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Göygöl rayonunda usta işləyən şəxs bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 5-də Göygöl rayonunun Üçbulaq kəndindəki daş karxanasında usta işləyən rayon sakini Gündüz Abbasovu elektrik cərəyanı vurması nəticəsində ölüb.

Analoji hal Bakıda da baş verib. Belə ki, iyun ayının 29-da Xəzər rayonunun Zirə qəsəbəsindəki daş karxanalarından birində dəmirçi işləyən Lerik rayon sakini Məmməd Əsədov elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR