Bakının iki kəndinin qaz təchizatı məhdudlaşdırılır

Bakının iki kəndinin qaz təchizatı məhdudlaşdırılır
# 10 mart 2016 13:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sabah Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, martın 11-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Zeytun” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Şüvəlan və Qala kəndlərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR