Türkiyə baş nazirinin müavini: “Mindən çox dövlət məmuru qaçıb”

Türkiyə baş nazirinin müavini: “Mindən çox dövlət məmuru qaçıb”
# 21 iyul 2016 16:02 (UTC +04:00)

Bakı – APA. “Hazırda dövlət idarələrində çalışmış 1000-dən çox məmur son hadisələrlə bağlı axtarışdadır”.

APA-nın xəbərinə görə, bunu “Reuters”ə açıqlamasında Türkiyə baş nazirinin müavini Mehmet Şimşək deyib.

M. Şimşək Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyəti dövründə “gülənçi”lərin gücləndiyini etiraf edib: “Bizim dövrümüzdə “gülənçi” şəbəkənin sərbəst hərəkət etdiyi doğrudur. Lakin onlar AKP hakimiyyətindən əvvəl orduya daxil olublar. Biz onların ölkə üçün müsbət işlər gördüyünü düşünürdük. Prezident Ərdoğan təhlükəni gördüyü anda lazımi reaksiya verdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR