TBMM sədri: “Azərbaycanda dövlət rəsmiləri ilə görüşlərimiz olacaq”

TBMM sədri: “Azərbaycanda dövlət rəsmiləri ilə görüşlərimiz olacaq”
# 21 dekabr 2015 10:40 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Azərbaycanda dövlət rəsmiləri ilə görüşlərimiz olacaq”.

APA-nın xəbərinə görə, bunu Azərbaycana səfər edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəman jurnalistlərə açıqlamasında deyib. O, Azərbaycanı öz vətəni hesab etdiyini bildirib: “Türkiyədə hər yeni hökumət qurulanda iqtidar təmsilçiləri ilk xarici səfərlərini Kiprə və Azərbaycana edirlər. Baş nazir Əhməd Davudoğlu da ilk səfərini Azərbaycana etmişdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR