Xəzər sahilində gediş-gəlişin məhdudlaşdırılmasına görə cəzalar kəskin sərtləşdirilir

Xəzər sahilində gediş-gəlişin məhdudlaşdırılmasına görə cəzalar kəskin sərtləşdirilir
# 08 dekabr 2015 14:39 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda rəsmi qərar olmadan Xəzər dənizi sahillərinə gediş-gəlişin məhdudlaşdırılmasına görə cəzalar sərtləşdirilir.

APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinin 88-2-ci maddəsinə dəyişiklik layihəsi müzakirə edilib.

Dəyişikliyə əsasən, dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 3 min, vəzifəli şəxslər 7 min, hüquqi şəxslər isə 35 min manat məbləğində cərimə olunacaq. Eyni zamanda, xətaların il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslərin 5 min, vəzifəli şəxslərin 10 min, hüquqi şəxslər isə 50 min manat Məbləğində cərimə olunması nəzərdə tutulur.

Maddənin qüvvədə olan variantına görə, fiziki şəxslər 25 manatdan 35 manatadək, vəzifəli şəxslər 60 manatdan 80 manatadək, hüquqi şəxslər 150 manatdan 250 manatadək cərimə edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR