Nazirlik Azərbaycanda dərsliklərin hazırlanması qaydalarını açıqlayıb

Nazirlik Azərbaycanda dərsliklərin hazırlanması qaydalarını açıqlayıb
# 04 noyabr 2016 13:11 (UTC +04:00)

Təhsil Nazirliyi Azərbaycanda dərsliklərin hazırlanması qaydalarını açıqlayıb. Nazirlikdən APA-ya verilən xəbərə görə, dövlət tərəfindən alınan və istifadə olunan dərsliklərin hazırlanması çox mərhələləli prosesdir. Ümumtəhsil məktəb dərsliklərinin ekspertiza və qiymətləndirilməsi işini Dərslikləri Qiymətləndirmə Şurası həyata keçirir: "Şura Təhsil Nazirliyinin nəzdində müstəqil qurumdur. Şuranın qərarı və ekspert seçiminə nazirlik müdaxilə etmir.


Bundan əlavə nazirlik üçün vacib olan dərsliyin məzmunudur, nəşriyyat və müəllifin kimliyi yox. Bu səbəbdən müsabiqəyə təqdim edilən dərsliklər qiymətləndirilmək üçün Dərslikləri Qiymətləndirmə Şurası veriləndə də müəllif və nəşriyyatın adı anonim saxlanılır.


Qeyd olunub ki, Dərslikləri Qiymətləndirmə Şurası yüksək bacarıq və qabiliyyəti olan mütəxəssislərdən təşkil edilib. Şuranın dərsliklərə görə ekspert qrupları toplamaq səlahiyyəti də var: "Ekspertlər bu dərslikləri qiymətləndirdikdən sonra əvvəldən müəyyənləşdirilən keçid balını keçərək ən yüksək balı toplayan dərslik qalib hesab olunur. Qiymətləndirilən və ən yüksək balı toplayan dərslik dövlət tərəfindən satın alınır və məktəblərə istifadə üçün göndərilir.


Dərsliklərlə bağlı vətəndaşların rəy və təkliflərini isə nazirlik [email protected] electron poçtuna göndərilə bilər. Daha sonra şikayət, irad və təkliflər aidiyyəti üzrə nəşriyyat və müəlliflərə yönəldilir. Müəllif və nəşriyyat haqlı hesab olunan bütün irad və təklifləri növbəti nəşrlərdə nəzərə alır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR