Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub
# 07 iyul 2015 09:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İltifat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, İ. Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İ. Əliyev dələduzluq yolu ilə vətəndaşların pullarını mənimsəyib. Zərərçəkmişlərin şikayətindən sonra İ. Əliyev saxlanılaraq istintaqa təhvil verilib. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR