Bakıda yanğın olub, 1 nəfər xəsarət alıb

Bakıda yanğın olub, 1 nəfər xəsarət alıb
# 06 aprel 2018 20:48 (UTC +04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda ümumi sahəsi 80 m2 olan ikimərtəbəli 5 otaqlı evdə 1 otağın tavanı 10 m2 sahədə, qapı və 2 ədəd pəncərə çərçivəsi 4 m2 sahədə, həmçinin ümumi sahəsi 60 m2 olan birmərtəbəli 2 otaqlı qonşu evin mətbəxinin tavanı 5 m2 sahədə və damında tikilmiş yardımçı tikili 12 m2 sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Xəsarət alan şəxsə yerində ilkin yardım göstərilib. Hər iki evin qalan hissəsi və yaxınlıqda olan evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR