Bank Of Baku

Qarabağ üzrə üçtərəfli İşçi Qrup fəaliyyətini bərpa edib - VİDEO

Qarabağ üzrə üçtərəfli İşçi Qrup fəaliyyətini bərpa edib - VİDEO
# 17 avqust 2021 21:38 (UTC +04:00)

Moskvada Rusiya, Azərbaycan və Ermənistan arasında Qarabağ üzrə üçtərəfli İşçi Qrupun fəaliyyəti bərpa edilib. Nümayəndələr arasında bu gün keçirilən görüşdə Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri və üç ölkə liderlərinin razılaşmalarının həyata keçirilməsi məsələləri müzakirə olunub.

APA xəbər verir ki, bu barədə məlumat Rusiya hökumətinin saytında dərc olunub.

“Avqustun 17-də Moskvada keçirilən görüşdə tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivlərini müzakirə ediblər və Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 11 yanvar 2021-ci il tarixli Bəyanatı çərçivəsində görülən işlərin gedişatı müzakirə olunub”, - məlumatda belə deyilir.

Görüşdə Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Aleksey Overçuk, Şahin Mustafayev və Mher Qriqoryan da iştirak edib.

Qeyd edək ki, İşçi Qrup Ermənistanın ucbatından bir müddət öz işini dayandırmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR