SOCAR Rusiyadan alınan qazın həcmini 5 mlrd. kubmetrə çatdırmaq niyyətindədir

SOCAR Rusiyadan alınan qazın həcmini 5 mlrd. kubmetrə çatdırmaq niyyətindədir
# 06 aprel 2017 11:57 (UTC +04:00)

SOCAR Rusiyanın "Qazprom" şirkətindən il ərzində idxal olunan qazın həcmini 5 mlrd. kubmetrədək çatdırmaq niyyətindədir. "APA-Economics" "Prime" agentliyinə istinadən xəbər verir ki, bunu SOCAR-ın Rusiyadakı nümayəndəliyinin rəhbəri, "SOCAR Polymer" şirkətinin baş direktoru Fərid Cəfərov bildirib.

Onun sözlərinə görə, hələlik şirkətlər arasında bu mövzu ətrafında danışıqlar davam edir. "Müzakirələr davam edir", - deyə o jurnalistlərin müvafiq sualını cavablandırarkən bildirib.

Qeyd edək ki, 2016-cı ilin may ayında SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, SOCAR Rusiyadan alınan qazın həcmini 5 mlrd. kubmetrə çatdırmaq niyyətindədir. Onun sözlərinə görə, Rusiya tərəfinə bununla bağlı müvafiq bildiriş göndərilib.

2015-ci ilin sentyabr ayından etibarən SOCAR və "Qazprom" illik 2 mlrd. kubmetr həcmində təbii qazın nəqli ilə bağlı razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR