Nisporen şəhərinin meri azərbaycanlı sahibkarları Moldovaya investisiya yatırmağa çağırıb

Nisporen şəhərinin meri azərbaycanlı sahibkarları Moldovaya investisiya yatırmağa çağırıb
# 25 may 2018 11:55 (UTC +04:00)

Moldovanın Nisporen şəhərinin meri azərbaycanlı iş adamlarını bu şəhərə investisiya yatırmağa dəvət edib.

Nisporen şəhərinin meri Georgiu Robo “APA-Economics”ə açıqlamasında bildirib ki, azərbaycanlı iş adamları Nisporen şəhərinə investisiya yatıra bilər.

O bildirib ki, Moldova aqrar ölkədir və burada çaxır, konyak və şampan istehsalı üçün çox yaxşı üzüm növləri mövcuddur: “Bu sahədə inkişaf etmək imkanları mövcuddur. Bundan başqa, üzümçülük Moldovada kreativ biznesdir. Belə bir arzusu olan azərbaycanlı iş adamlarını biz hər zaman qəbul etməyə hazırıq. Onların biznesinə, əməkdaşlığına dəstək olmağa hazırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR