Pirallahıda əczaçılıq zavodunun təməli qoyulub

Pirallahıda əczaçılıq zavodunun təməli qoyulub
# 02 noyabr 2016 09:55 (UTC +04:00)

Bu gün Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun təməli qoyulub. "APA-Economics" xəbər verir ki, tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsibulskinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Rəsmi şəxslərlə yanaşı, tədbirdə zavodun səhmdarları olan Azərbaycan İnvestisiya Şirkəti, "Vita-A", Rusiyanın "R-Farm" şirkətinin nümayəndələri də iştirak edib.

Layihənin dəyəri 74 mln. dollar təşkil edir.

Zavodda ilkin mərhələdə 100-dən çox əczaçılıq məhsullarının istehsalı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR