Bank Of Baku

Şəmkirdə dağlıq ərazidə yanğın başlayıb

Şəmkirdə dağlıq ərazidə yanğın başlayıb
# 13 avqust 2021 23:32 (UTC +04:00)

Şəmkir rayonu, Tatarlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.

APA xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olub.

Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir. İlkin məlumata əsasən, təqribən 1 ha sahədə kol-kos yanır.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR