Bank Of Baku

İslam İnkişaf Bankının dəstəyi ilə azad olunmuş ərazilərdə magistral kanalın tikintisinə başlanır

İslam İnkişaf Bankının dəstəyi ilə azad olunmuş ərazilərdə magistral kanalın tikintisinə başlanır
# 12 iyun 2026 13:50 (UTC +04:00)

Uzunluğu 52 km, suburaxma qabiliyyəti isə saniyədə 50 kubmetr olan Qız Qalası magistral kanalının yaxın gələcəkdə İslam İnkişaf Bankının dəstəyi ilə tikintisinə başlanılması planlaşdırılır.

APA xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Zəngilanda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsinə həsr olunmuş regional müşavirədə deyib.

Onun sözlərinə görə, hazırda kanalın tikintisi üçün torpaqayırma işləri aparılır. Layihənin həyata keçirilməsi ilə Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunmuş 12 min hektar sahəsinin suvarma suyu ilə təmin edilməsi, həmçinin Araz çayı boyunca Füzuli, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarında 252 min hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılmasına qismən təsir edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR